Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:22

'Erməni genosidi'ni inkar etmək hüququ tanınıb


Doğu Perinçek Avropa Məhkəməsində

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hay-küylü «Perinçek İsveçrəyə qarşı» işi üzrə qərar qəbul edib.

Məhkəmə söz azadlığı çərçivəsində «erməni genosidi»ni inkar etməyi yolverilən hesab edib.

AİHM-nin saytında bildirilir ki, məhkəmə 1915-ci ildə Osmanlı imperiyasında «erməni genosidi»nin baş verməsini inkara qadağa qoyulmasını Avropa Konvensiyasının söz azadlığına dair 10-cu maddəsi ilə ziddiyyət təşkil etdiyi qərarına gəlib.

AİHM-nin baxdığı iş Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçeklə İsveçrə hakimiyyəti arasında mübahisələndirilmişdi.

D.Perinçek 2005-ci ildə İsveçrədə keçirilən bir neçə kütləvi tədbirlərdə çıxış edərək, 1915-ci ildə Osmanlı imperiyası ərazisində ermənilərin öldürülməsi və sürgün olunmalarının genosid olmadığı barədə fikirlər səsləndirib.

D.Perinçekin fikirləri 2007-ci ildə ona cinayət işi qaldırılmasına və bu çərçivədə cərimə cəzası almasına səbəb olub. D.Perinçek bu məsələni AİHM-də mübahisələndirib.

«Erməni genosidi»ni ilk dəfə 1965-ci ildə Uruqvay tanıyıb. Daha sonra Rusiya, Kanada, Fransa, Böyük Britaniya, Almaniya, Braziliya, Argentina, Avstraliya parlamentləri və ABŞ-ın bəzi ştatları eyni qərarı verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG