Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 03:32

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Respublikaçı Alternativ Partiyası Təşəbbüs qrupunun təsis qurultayı keçirməkdən ötrü yer ayrılması ilə bağlı müraciətinə rədd cavabı verib.

Bu haqda REAL Hərəkatının məlumatında bildirilir.

Hərəkatın məlumatında vurğulanır ki, idarə yer ayrılmaması məsələsini texniki səbəblərlə izah edib.

REAL-ın bildirməsinə görə, idarənin cavabında qeyd edilib ki, təsis qurultayından ötrü istənilən məkanlardan «Təbriz» və «Bakı» kinoteatrları baş idarənin balansında deyil, Bəhlulzadə adına Mədəniyyət Sarayında isə həmin tarixdə film nümayişi olunacaq.

Hərəkat vurğulayır ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rədd cavabı ilə bağlı suallara sabah oktyabrın 27-də keçirəcəkləri mətbuat konfransında geniş cavab verəcəklər.

REAL Hərəkatı bu il oktyabrın 29-da qurultay keçirmək niyyətindədir. Qurultayda hərəkatın partiyaya çevriləcəyi gözlənir. Bu qərar sentyabrın 24-də hərəkatın rayonlardan və Bakıdan gələn təmsilçilərinin iştirakı ilə yekdilliklə qəbul edilib.

Həmin qərardan sonra Təşəbbüs qrupu qurultaya yer ayrılmasından ötrü Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdi. Müraciət Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət və Turizm Baş İdarəsinə göndərilmişdi.

XATIRLATMA

REAL Hərəkatı 2009-cu ildə təsis edilib. Hərəkat respublikaçılıq ideyalarını üstün tutur. Hərəkatın sədri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələrin ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəməmin qərarı ilə 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Ancaq o, hələ ki, azadlığa buraxılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG