Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:41

Sakharov mükafatını Venesuela müxalifəti aldı


Müxalifətin polislə toqquşması
Müxalifətin polislə toqquşması

-

Avropa Parlamenti Sakharov insan haqları mükafatını Venesuelanın demokratik müxalifətinə verib. Bunu məlumatlı mənbələr «France Presse» agentliyinə bildiriblər.

Mükafat müxalifət partiyalarının üstünlük təşkil etdiyi Venesuela Milli Assambleyasına və siyasi məhbuslara verilib.

Avropa Parlamenti bildirib ki, repressiv hökumətlə vuruşan tələbələrin və siyasətçilərin cəsarətini mükafatlandırmaq istəyir.

DEMOKRATİK QÜVVƏLƏRƏ DƏSTƏK

ALDE liberal qrupundan Guy Verhofstadt deyib ki, "bu mükafat demokratik qüvvələrin demokratik Venesuela uğrunda savaşını dəstəkləyir”. O, “beynəlxalq ictimaiyyəti Venesuela xalqının azadlığı uğrunda mübarizəmizə qoşulmağa” çağırıb.

Bu mükafat sosialist prezident Nicolas Maduro ilə mübarizə aparan müxalifətə böyük dəstək sayılır.

Bir neçə ildir Venesuela siyasi böhran içindədir. Hakim partiya hüququn aliliyini, konstitusion nizamı məhdudlaşdırıb. 2017-ci ilin martında Ali Məhkəmə demokratik yolla seçilmiş Milli Assambleyanı qanunverici hakimiyyətdən məhrum edib.

Milli Assambleya prezidenti Julio Borges ölkədəki durumu belə təsvir edir:

«Venesuelada təkcə siyasi qarşıdurma deyil, vacib, həyati əhəmiyyətli, dəyərlərə söykənən qarşıdurma gedir».

XATIRLATMA

İlin əvvəlindən ölkədə 130 müxalifətçi qətlə yetirilib, 500-dən çox adam həbsə atılıb.

Mükafata digər namizədlər Qvatemaladan insan haqları müdafiəçisi Aura Lolita Chavez Ixcaquic və isveçli-eritrealı jurnalist Dawit Isaak idi.

Ötən il mükafat İslam Dövləti silahlı qruplaşmasının köləliyindən xilas ola bilmiş iki yezidi qadına verilmişdi.

50 min avroluq bu mükafatı Avropa Parlamenti 1988-ci ildə rusiyalı alim və dissident Andrei Sakharov-un adına təsis edib. Bu mükafat hər il insan haqları və azadlıq uğrunda mübarizə aparan ayrı-ayrı şəxslər və qruplara verilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG