Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:06

Beynəlxalq konfrans: 'QHT-lərə hücum edən ölkələr demokratik sayılmaz'


Estoniya prezidenti Kersti Kaljulaid. Foto: Arno Mikkor

Oktyabrın 25-də Tallində "İnsanlardan ötrü real nəticələr: 2020-ci ildə və daha sonra Şərq Tərəfdaşlığı necə olacaq?" mövzusunda konfrans öz işinə başlayıb.

Avropa Birliyinin (AB) təşkilatçısı olduğu konfransda Şərq Tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyəti institutlarının problemləri müzakirə olunur.

Konfransın açılışında vurğulanıb ki, QHT-lərə hücumların olduğu ölkələr demokratik sayılmaz.

Konfransın açılışında iştirak edən Estoniya prezidenti Kersti Kaljulaid hökumət və vətəndaş cəmiyyətlərinin əməkdaşlığını dövlətin sabit inkişafına zəmanət kimi dəyərləndirib.

Buna da bax:​ Milli Şura Bakıda mitinq keçirdi (Foto, Video. Yenilənir)

“Vətəndaş cəmiyyətinin fəaliyyəti hökumətin işini asanlaşdırır. QHT-lər inkişaf üçün əlavə addımlarla bağlı məsləhət , problemlərin həllinə öz töhfəsini verir. Bu, işin təşkilinin çox əlverişli yoludur", - deyə o bildirib.

Belarusun "Vesna" Hüquq Müdafiə Mərkəzi qrupunun rəhbəri Ales Belyatski öz növbəsində bildirib ki, inteqrasiyaya daha çox hazır olan ölkələr kimi Ukrayna, Gürcüstan və Moldova barəsində Marşal Planına bənzər proqram qəbul edilməlidir.

Onun fikrincə bu, Azərbaycan, Ermənistan və Belarusdan ötrü yalnız açıq cəmiyyətə yardım ayrılmasının zəmanəti ola bilər.

Buna da bax:​ Ramiz Mehdiyevin xanımı da dövlətdən yardım alır? [araşdırma]

AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Federika Moqerini öz video-müraciətində qeyd edib ki, Brüsseldə QHT-lərin bənzər şərtlərdə işlədiyini bilirlər:

“Vətəndaş cəmiyyəti korrupsiyaya ilə mübarizə və KİV azadlığının təmin edilməsi sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün çalışır".

Konfrans iki gün davam edəcək.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla çərçivə sazişi imzalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG