Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:15

E.Məmmədyarov italiyalı həmkarı ilə görüşüb


Elmar Məmmədyarov

İtaliyada səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu ölkədən olan həmkarı Angelino Alfano ilə görüşüb.

Bu barədə bu gün, oktyabrın 25-i Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

İki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edən E.Məmmədyarov deyib ki, İtaliya Azərbaycanın Avropa Birliyində ən mühüm tərəfdaşlarından biridir.

Nazirlər iki ölkə arasında enerji sahəsində əməkdaşlıq və Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi layihəsindən danışıblar.

Məlumatda bildirilir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsindən də bəhs edilib.

Oktyabrın 24-ü və 25-i İtaliyada ATƏT-in «Aralıq Dənizində təhlükəsizliyin möhkəmləndirilməsi, miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq» adlı konfrans keçirilir. E.Məmmədyarov da bu konfransda iştirak edir.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG