Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:09

Türkiyədə fəalların məhkəməsi başlanır


Amnesty-nin Türkiyə direktorunun saxlanmasına İtaliyada keçirilən etiraz aksiyasından foto, 20 iyul, 2017-ci il
Amnesty-nin Türkiyə direktorunun saxlanmasına İtaliyada keçirilən etiraz aksiyasından foto, 20 iyul, 2017-ci il

-

Çərşənbə günü – oktyabrın 25-də Türkiyədə 11 insan haqları fəalı terrorçuluq ittihamlarıyla məhkəmə önünə çıxarılır. Bu iş Ankaranın Avropayla münasibətlərini daha da gərginləşdirib.

Fəallar içində Amnesty International insan haqları təşkilatının ölkə üzrə rəhbəri, bir alman və bir isveçli var. Onlara irəli sürülmüş “silahlı terror təşkilatına üzvlük və yardım” ittihamı üzrə 15 ilədək həbs cəzası nəzərdə tutulur.

Bu fəalları iyulda, İstanbul yaxınlığında bir adada keçirilən rəqəmsal təhlükəsizliklə bağlı seminarda iştirakdan sonra saxlanıblar. Bu məsələ prezident Recep Tayyip Erdogan-ın rəhbərlik etdiyi Türkiyənin avtoritarizmə doğru sürətlə irəliləməsi sarıdan narahatlığı gücləndirib.

Ötən il Türkiyədə uğursuz çevriliş cəhdindən sonra 50 mindən çox adam saxlanıb, 150 min nəfərədək şəxs işdən çıxarılıb.

Qərb müttəfiqləri Erdogan-ın çevriliş cəhdindən narazıların susdurulmasında bəhanə kimi istifadə etməsindən narahatdır.

Amnesty International-ın Türkiyə direktoru Idil Eser, Almaniya vətəndaşı Peter Frank Steudtner və isveçli Ali Gharavi bu gün məhkəməyə çıxarılanlar arasındadır.

XS
SM
MD
LG