Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:29

Clinton-un komandası Trump dosyesini necə maliyyələşdirib


ABŞ prezidenti Donald Trump inauqurasiya mərasimindən sonra Hillary Clinton-u salamlayır, 20 yanvar, 2017-ci il
ABŞ prezidenti Donald Trump inauqurasiya mərasimindən sonra Hillary Clinton-u salamlayır, 20 yanvar, 2017-ci il

-

Hillary Clinton-un seçki kampaniyası və Demokratik Milli Komitə (DNC) prezident Donald Trump-la bağlı siyasi tədqiqatın maliyyələşməsinə kömək edib. Bu tədqiqatın sonunda prezidentin Rusiyayla əlaqələrinə dair iddialardan ibarət dosye ortalığa qoyulub. Bunu “Associated Press” (AP) agentliyinə oktyabrın 24-də işlə tanış mənbə deyib.

SİYASİ MOTİVLİ İDDİALAR?

Elə Trump da bu dosyeni siyasi motivli iddialar yığını adlandırırdı. Ancaq Federal Təhqiqat Bürosu (FBI) sənədin doğruluğunu yoxlamaqdadır. Xüsusi müşavir Robert Mueller-in komandası bir neçə həftə öncə həmin dosyenin hazırlanmasına kömək etmiş keçmiş britaniyalı casus Christopher Steele-ni dindirib.

Vaşinqtonda ötən il yayılmış və araşdırılmaqdan ötrü FBI-yə verilmiş dosyedə iddia olunur ki, Rusiya seçki zamanı Trump-a kömək etməyə çalışıb və onun haqqında gözdənsalıcı informasiya toplayıb. Trump dəfələrlə bu sənədi saxta adlandırıb, bu yaxınlarda isə Twitter-də yazıb ki, demokratlar, yaxud FBI həmin dosyenin hazırlanmasına kömək edibmi.

Trump ölkənin kəşfiyyat qurumlarının Rusiyanın seçkiyə genişmiqyaslı müdaxiləsi barədə tapıntılarını da rədd edir. FBI və Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) böyük əminliklə bildiriblər ki, bu müdaxilənin məqsədi Clinton-un namizədliyinə zərbə vurmaq, Trump-a kömək etmək olub.

DOSYE İKİ AY SONRA HAZIR OLUB

Anonim qalmaq şərtiylə AP-yə danışan şəxsin deməsinə görə, işləri Clinton-un seçki kampaniyasının və DNC-in vəkili Marc Elias və onun Perkins Coie hüquq firması həyata keçirib.

2016-cı ilin yazında dosyenin arxasında duran Fusion GPS siyasi araşdırmalar şirkəti Perkins Coie ilə əlaqə yaradıb və əməkdaşlıq seçki günündən öncə bitib. Şirkətin Fusion Elias ilə əlaqəsi yarananda artıq Trump haqqında araşdırma aparırdı. Həmin araşdırma respublikaçıların praymeriz seçkisi zamanı, adı açıqlanmayan bir müştəri üçün aparılıb.

Demokratlar tərəfindən işə cəlb olunmazdan öncə Fusion GPS-in nələri üzə çıxardığı bəlli deyil. Ötən il BuzzFeed dosyenin surətini dərc etmişdi, Steele-nin hazırladığı ilkin hesabatın 2016-cı ilin iyununda, yəni bu sövdələşmədən iki ay sonra hazır olduğu üzə çıxmışdı.

Fusion nə qədər pula alıb, Clinton kampaniyası və DNC-də bu şirkətin işə cəlb olunmasından kimlərin xəbər olub, hələlik, bəlli deyil.

ŞİRKƏTDƏN DANIŞMAQ İSTƏMƏYİBLƏR

Agentlik Elias-dan emailə cavab almayıb, Fusion GPS şirkətinin təmsilçiləri isə bu haqda danışmaq istəməyiblər.

Qeyd edək ki, bu sövdələşmə barədə ilk dəfə “The Washington Post” qəzeti yazıb.

Clinton kampaniyasının rəsmiləri də şərh verməyiblər. Ancaq DNC-in sözçüsü bildirib ki, komitə sədri Tom Perez qərar verilməsində iştirak etməyib və Perkins Coie-nin Fusion GPS-lə işləməsindən xəbəri olmayıb.

Clinton kampaniyasının keçmiş sözçüsü Brian Fallon Twitter-də yazıb ki, seçkidən öncə Steele-nin işə alınmasından xəbərsiz olub və buna təəssüflənir, “Yoxsa Avropaya gedib ona kömək edərdim”.

AP-nin əldə etdiyi bir məktubdan isə aydın olur ki, Fusion GPS-nin təmsilçiləri 2016-cı ilin martında şirkətlə əlaqə saxlayıblar və Trump barədə “respublikaçıların praymeriz seçkisi zamanı bir, yaxud daha çox müştəri üçün” başlatdığı araşdırmanın davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG