Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:10

Twitter siyasi reklamların arxasında duranların kimliyini açıqlayacaq


Foto illüstrasiya
Foto illüstrasiya

-

Twitter sosial media nəhəngi bildirir ki, gələcəkdə siyasi reklamların arxasında kimin durduğunu açıqlayacaq. Sosial şəbəkə ötən il ABŞ-da prezident seçkisi zamanı rusiyalı əməliyyatçıların yerləşdirdiyi reklamları aşkarlayandan sonra böyük təzyiqlə üzləşib.

Twitter oktyabrın 24-də bildirib ki, siyasi reklamlara yarlıq vurulacaq və onların arxasında kimin durması barədə informasiya veriləcək.

Bu ay Facebook sosial şəbəkəsi də bildirib ki, siyasi reklamların arxasında duranlar barədə informasiya verəcək.

AYRICA VEBSAYT YARADILACAQ

Hər iki şirkət seçki dönəmində Rusiyadan əməliyyatçıların platformalarından yararlandığını açıqlamışdı. Şirkətlər Fransa, Almaniya və digər ölkələrdə seçkilərə təsir göstərməkdən ötrü onlardan istifadə olunub-olunmamasını araşdırdıqlarını bildiriblər.

Ötən ay Twitter Rusiyaya bağlı 200 hesabı bağlayıb.

ABŞ Konqresi və ABŞ Ədliyyə Departamenti Rusiyanın ötən il Birləşmiş Ştatlarda seçkiyə iddia olunan müdaxiləsini, bunun prezident Donald Trump-ın seçki kampaniyası ilə mümkün əlaqəsini araşdırır. Kreml də, Trump da iddiaları rədd ediblər.

Twitter bildirib ki, bir vebsayt yaradacaq və orada adamlar reklamları alanların kimliyindən, reklamların hansı demoqrafik qrupları hədəfləməsindən, reklamlara xərclənən məbləğdən xəbər tutacaqlar.

Sosial şəbəkə bu dəyişikliyi ilk öncə Birləşmiş Ştatlarda, daha sonra başqa yerlərdə gerçəkləşdirəcəyini bildirib.

Keçmişdə bu şirkətlər siyasi reklamlarla bağlı əlavə açıqlamalardan azad idilər, məsuliyyət də daşımırdılar. Televiziya və radiostansiyalarda reklamlar isə qanunvericiliklə tənzimlənir.

KONQRESMENLƏRİN REAKSİYASI

ABŞ senator Amy Klobuchar oktyabrın 24-də deyib ki, Twitter-in planı “qanunlarımızın yenilənməsini əvəzləyə” biməz. Demokrat Klobuchar bu məlumatların verilməsini məcburi edəcək qanunvericilik üzərində işləyir.

Qanun layihəsinin digər sponsoru, senator Mark Warner tvitində yazıb ki, Twitter “ilk yaxşı addımı” atır.

Twitter onu da bildirib ki, bundan sonra seçkiyə aid reklamların üzərinə “siyasi hesab tərəfindən irəli sürülüb” sözləri yazılacaq. Sosial şəbəkə siyasi təşkilatların seçicilərin müəyyən qruplarına yönəlik reklamlarını da məhdudlaşdıracağını, qaydalarını pozan reklamvericilərə daha güclü cərimələr qoyacağını bəyan edib.

Gələn həftə Facebook, Google və Twitter rəsmiləri ötənilki seçki kampaniyası zamanı Rusiyanın onların platformasından necə yararlanması barədə ABŞ Senatı və Nümayəndələr Palatasının kəşfiyyat komitələrində ifadə verəcəklər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG