Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:10

-

Bəzi bolqar pilotlar planlaşdırılan təlimlərdə sovet istehsalı olan MiG-29 qırıcılarını sürməkdən imtina ediblər, təhlükəsizlik səbəblərini əsas gətiriblər.

“Graf Ignatievo hava bazasından bəzi pilotlar təhlükəsizlik səbəblərindən təlim uçuşlarını gerçəkləşdirməyəcəklərini deyiblər”, – Bolqarıstanın müdafiə nazirinin müavini Atanas Zapryanov oktyabrın 24-də deyib. Onun sözlərinə görə, pilotlar həmçinin uçuş saatlarının azlığı ucbatından hazırlıq səviyyəsinin zəifliyini əsas gətiriblər.

Nazir müavini təyyarələrin tam yararlı olduğunu vurğulayıb.

Bolqarıstan 2004-cü ildə NATO-ya qoşulub, ancaq hərbi avadanlığının çoxu Rusiya istehsalıdır. Hava donanmasındakı 16 MiG-29 – dan yalnız yeddisi yaxşı vəziyyətdədir.

Bu Balkan ölkəsi səkkiz yeni qırıcı almaqdan ötrü 770 milyon avroluq tender elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG