Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:14

-

ABŞ Konqresinin respublikaçı üzvləri elan ediblər ki, Barack Obama administrasiyası dövründə Rusiya şirkətiylə bağlanmış razılaşmanı araşdırmağa başlayıblar.

Həmin razılaşmaya görə, Rusiyanın Rosatm nüvə şirkəti ABŞ-a uran təchizatında 20 faizə malik Kanada şirkətini alıb.

Respublikaçı konqresmenlər oktyabrın 24-də bildiriblər ki, Uranium One şirkətinin Rosatom-a satışının tam araşdırılıb-araşdırılmadığını öyrənmək istəyirlər. Həmin araşdırmanı 2010-cu ildə razılaşma təsdiqlənməmişdən Federal Təhqiqat Bürosu (FBI) və Birləşmiş Ştatların digər hüquq-mühafizə agentlikləri aparmalıydı.

Senatın ədliyyə komitəsinin sədri Chuck Grassley “Twitter”də yazıb ki, ABŞ Ədliyyə Departamenti uran sövdələşməsini araşdırmağa xüsusi müşavir təyin etməlidir.

ABŞ prezidenti Donald Trump ötən həftə gileylənmişdi ki, media uran sazişini gözardı edib, daha çox onun seçki kampaniyası müşavirlərinin Rusiyayla əlaqə yaradıb-yaratmamasına fokuslanıb.

Demokratlarsa iddia edirlər ki, respublikaçılar belə bir araşdırmanı elan etməklə diqqəti Rusiyanın ötənilki seçkiyə mümkün müdaxiləsinin tədqiqindən yayındırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG