Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:43

Fransada kərə yağı qıtlaşıb


Kərə yağı
Kərə yağı

-

Fransada kərə yağı qıtlığı yaranıb. Medianın yazdığına görə, böhran ilk öncə supermarketləri vurub. “Euronews” böyük mağazalarda kərə yağı üçün ayrılmış rəflərin boş fotolarını yayıb.

“Le Monde” qəzeti bunu dünyada süd məhsulları istehsalının azalmasıyla bağlayır ki, bunun da müxtəlif səbəbləri var.

“Reuters” agentliyi hesab edir ki, qıtlığa səbəb tələbin artması fonunda istehsalın azalmasıdır. Belə ki, istehlakçılar kərə yağıyla “dostlaşmağa” başlayıblar, əvvəllər onu elə də faydalı saymırdılar.

“Le Figaro” qəzetinin yazdığına görə, Fransada indiyədək görünməmiş bu durum bir neçə həftədir davam edir. Qəzet yeni kulinariya reseptləri də təqdim edir, onlarda kərə yağını müxtəlif meyvə, tərəvəz, qoz və bitki yağıyla əvəzləmək təklif olunur.

Fransadakı bu durumun Azərbaycanda onsuz da bahalanmaqda olan kərə yağının qiymətinə necə təsir etdiyi, hələlik, bəlli deyil. Azərbaycana gətirilən kərə yağının əsas hissəsi Yeni Zelandiyanın payına düşür. Rəsmi məlumata görə, bu ilin 9 ayı ərzində Ukraynadan 13, Rusiya Federasiyasından 8, Türkiyədən 7, Belarusdan 6, Almaniyadan 5, Yeni Zelandiyadan 4 şirkət Azərbaycana yağ idxalını gerçəkləşdirib.

*** Buna da bax: Kərə yağını neçə şirkət gətirir?

Kərə yağının pərakəndə satış qiyməti bu ilin 9 ayı ərzində orta hesabla 5 manat 30 qəpik və ya 52 faiz bahalaşıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG