Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 08:49

Fikrət Hüseynlinin həbsindən apelyasiya şikayəti verilib


-

Kiyevdə saxlanmış azərbaycanlı jurnalist Ukrayna məhkəməsinin onu saxlamaq qərarından apelyasiya şikayəti verib. Bu arada Ukrayna hakimiyyəti onun Bakıya ekstradisiya olunub-olunmaması məsələsinə baxır.

Vəkili Dmytro Mazurok AzadlıqRadiosu-nun Ukrayna xidmətinə deyib ki, Hüseynlinin apellyasiya şikayəti oktyabrın 23-də Kiyev yaxınlığındakı Boryspil yerli məhkəməsində qeydiyyata alınıb.

Xatırlatma

Fikrət Hüseynli oktyabrın 14-də Ukraynadan Almaniyanın Düsseldorf şəhərinə yola çıxarkən Kiyevin Borispol hava limanında saxlanıb. O, bir neçə gün Ukraynanın paytaxtında qalıb.

F.Hüseynlinin Azərbaycan tərəfinin İnterpola verdiyi təqdimat əsasında saxlandığı deyilir. Azərbaycan tərəfinin jurnalisti Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 178-ci (Dələduzluq) maddələri ilə ittiham etdiyi bildirilir.

Jurnalistin özü isə ittihamları rədd edib.

Azərbaycanın hüquq-mühafizə orqanları, hələlik, F.Hüseynlinin saxlanılması ilə bağlı şərh vermirlər.

F.Hüseynli Avropada siyasi mühacirlərin tədbirlərinə fəal şəkildə qatılırdı. Son vaxtlar Avropadan yayımlanan «Turan TV» peyk telekanalı ilə əməkdaşlıq edirdi.

F.Hüseynli müxalif «Azadlıq» qəzetinin əməkdaşı olarkən - 2006-cı ilin martında Bakının Badamdar qəsəbəsində maskalı naməlum şəxslərin hücumuna məruz qaldığını açıqlamışdı. Onun həmin vaxt döyüldüyü, bıçaqlandığı bildirilirdi. Jurnalist bundan sonra rəsmi şəkildə şikayət etsə də, baş verənlərə görə kimsə məsuliyyətə alınmamışdı. 2008-ci ilin əvvəllərində o, Azərbaycandan mühacirət edib.

Vaşinqtonda mənzillənən Freedom House insan haqları təşkilatı jurnalisti dərhal azadlığa buraxmağa çağırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG