-
Türkmənistanın milli valyutası olan manat qara bazarda kəskin ucuzlaşıb.
AzadlqıRadiosu-nun türkmən xidmətinin müxbirləri oktyabrın 23-də qara bazarda bir ABŞ dollarının 9 manata satıldığını xəbərləyirlər.
Son bir ayda qara bazarda məzənnə bir dollara 7,5 manat idi.
Rəsmi məzənnə isə ölkənin Mərkəzi Bankı tərəfindən 2015-ci ildən dəyişməyib – bir dollar rəsmən 3,5 manatdır.
Türkmənistan hazırda iqtisadi böhran içindədir. Enerji sövdələşmələrinin alınmaması və dünyada təbii qazın ucuzlaşması hökumətin gəlirlərini tükədib.
Ölkədə ərzaq qıtlığı yaranıb. Hökumət su, qaz və elektrik istifadəsinə subsidiyaları kəsir.
Oktyabrın əvvəlində hökumət elan edib ki, türkmənlər noyabrın 1-dən kran suyu üzrə limiti aşarlarsa, 25 dəfə artıq ödəniş etməli olacaqlar.
Prezident Gurbanguly Berdymukhammedov bildirib ki, hökumət subsidiyaları tədricən ləğv edəcək. Bu da qiymətlərin daha da artacağına işarədir.
2006-cı ildə Saparmurat Niyazov-un ölümündən sonra Berdymukhammedov da ölkəni avtoritar lider kimi idarə edib, narazıları susdurub.