Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:53

Mugabe-nin 'xoşməramlı səfirliy'i ləğv olundu


Robert Mugabe 2013-cü ildə inaqurasiya mərasimində əlində 'İncil'lə
Robert Mugabe 2013-cü ildə inaqurasiya mərasimində əlində 'İncil'lə

-

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, Zimbabve prezidenti Robert Mugabe-nin “xoşməramlı səfir” postuna təyinatını ləğv edib. Bu təyinat qərb donorlarının və insan haqları qruplarının qəzəbinə səbəb olmuşdu.

ÜST baş katibi Tedros Ghebreyesus ötən həftə qeyri-yoluxucu xəstəliklərə dair konfransda Mugabe-nin vəzifəyə təyinatını elan edib.

Tedros oktyabrın 22-də yaydığı bəyanatda deyib ki, son günlər beynəlxalq liderlərin və səhiyyə ekspertlərinin Mugabe-nin təyinatıyla bağlı güclü tənqid və narahatlığı barədə düşünüb.

“Sonucda bu təyinatı ləğv etməyə qərar verdim”, – o deyib.

Tedros onu da vurğulayıb ki, bu qərarı Zimbabve hökumətiylə müzakirə edib.

Qərb 93 yaşlı Mugabe-ni Zimbabvenin iqtisadiyyatını dağıtmaqda və saysız insan haqları pozuntularına yol verməkdə suçlayır. O, 37 il ərzində prezident, ya da baş nazir kimi bu ölkəyə rəhbərlik edib.

Öz ölkəsində isə Mugabe-ni həmişə tənqid edirlər ki, ölkənin səhiyyə sistemi iqtisadi böhran səbəbindən dağıldığından tibbi müalicə üçün xaricə gedir.

XS
SM
MD
LG