Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 10:37

Azərbaycan ağır atletləri yarışlardan kənarlaşdırıldı


Arxiv fotosu

Azərbaycanın və daha 8 ölkənin ağır atletlərinin bir il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılmalarına dair qərar dünən, oktyabrın 20-dən qüvvəyə minib.

Bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) mətbuat xidməti məlumat yayıb.

Qərar IWF-in İcraiyyə Komitəsinin sentyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında qəbul olunub.

İcraiyyə Komitəsi buna səbəb kimi 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın 5 atletinin keçdiyi dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsini göstərib.

Buna da bax:​ Efiopiyalı idmançı Azərbaycanda başına gələnlərdən danışır

Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Çin, Moldova, Qazaxıstan, Rusiya, Türkiyə və Ukrayna da cəzaya məruz qalıb:

“Adları çəkilən bu ölkələr ABŞ-da keçiriləcək dünya çempionatına buraxılmayacaqlar”, – mətbuat xidmətinin məlumatında bildirilir.

Həmin yarış noyabrın 28-dən dekabrın 5-nə kimi keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG