Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:39

Narahatlıqla qarşılanan təkliflər MM gündəliyindən çıxarılıb


Milli Məclis (arxiv fotosu)

Hüquqşünasların və vətəndaş cəmiyyəti təmsilçilərinin narazılığına səbəb olan dəyişiklik təklifləri ölkə parlamentinin gündəliyindən çıxarılıb.

Söhbət Mülki-Prosessual Məcəllə, İnzibati-Prosessual Məcəllə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna düzəlişləri nəzərdə tutan qanun layihəsindən gedir.

Bu düzəlişlər mülki və inzibati işlər üzrə məhkəmələrdə nümayəndəlik institutunun ləğvini nəzərdə tuturdu.

Qanun layihəsinə görə, belə işlərdə vətəndaşların hüquqlarını ancaq Vəkillər Kollegiyasının üzvləri müdafiə edə bilərdi.

Buna da bax:​ 'Kollegiya'ya daxil olmayan vəkillər niyə narahatdır? [video]

Bu təkliflər kollegiya üzvü olmayan hüquqşünasların və vətəndaş cəmiyyəti təmsilçilərinin narazılığına səbəb olmuşdu.

Onlar hesab edirdilər ki, vəkillərin sayının az olması şəraitində nümayəndəlik institutunun ləğvi mülki və inzibati işlərdə vətəndaşları müdafiəsiz qoya bilər.

Mülki-Prosessual Məcəllə, İnzibati-Prosessual Məcəllə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik təklifləri parlamentə Ali Məhkəmədən göndərilmişdi.

Buna da bax:​ Putin, Əliyev, Nazarbayev və başqaları ofşor hesabatında (Yenilənib - tam mətn)

Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında parlamentin spikeri Oqtay Əsədov deyib ki, hazırlanma prosesində yol verilən nöqsanlara görə, qanun layihəsi gündəlikdən çıxarılır.

Hazırda Azərbaycanda Vəkillər Kollegiyasının 900-dən çox üzvünün olduğu bildirilir. Ekspertlər vurğulayırlar ki, Azərbaycanda inkişaf etmiş ölkələrlə müqayisədə vəkillərin sayı dəfələrlə azdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG