Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 01:01

Oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) «Əməkdaşlıq yolu ilə imkanları artırmaq» devizi altında IX zirvə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev də Türkiyə dövlət başçısı Recep Tayyip Erdoğan-ın dəvəti ilə xüsusi qonaq qismində zirvə görüşündə iştirak edib.

Zirvə görüşü «Qurani-Kərim»dən ayələrin oxunması ilə başlayıb.

Qurumun baş katibi Seyed Ali-Mohammad Mousavi zirvə görüşünü açıq elan edərək, tədbirin əhəmiyyətindən danışıb.

Qurumun hazırkı sədri, Pakistanın baş naziri Shahid Khaqan Abbasi D-8 təşkilatına sədrliyin onlardan Türkiyəyə keçdiyini elan edib.

Türkiyə prezidenti R.T.Erdoğan təəssüflə bildirib ki, qlobal ədalətsizlik azalmaq əvəzinə, daha da artır. O deyib ki, üzv ölkələrin imkanlarından tam səmərəli istifadə olunsa, qarşılıqlı ticarət dövriyyəsini 100 milyard dollardan qısa müddətdə 500 milyard dollara çatdıra bilərlər.

Azərbaycan prezidenti İ.Əliyev də D-8 IX zirvə görüşündə çıxış edib.

Sonrakı çıxışlarda da vurğulanıb ki, D-8 dünyada sülhün, sabitliyin və rifahın inkişafına bundan sonra da öz töhfəsini verəcək.

Daha sonra D-8 təşkilatı ilə İslam İnkişaf Bankı arasında Anlaşma Memorandumu imzalanıb.

XATIRLATMA

D-8 formatına Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi - Türkiyə və İndoneziya «Böyük iyirmilər»in (G-20) üzvüdür. Onun fəaliyyətinin əsas məqsədi üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadi və sosial sahələrdə əlaqələri gücləndirməkdir.

D-8 1997-ci ildə yaradılıb.

Prezident İ.Əliyev Azərbaycana qayıdıb. O, dünən, oktyabrın 19-u Türkiyəyə getmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG