Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:15

2015-ci ildə dünyada çirklənmədən 9 milyon nəfər dünyasını dəyişib. Bu, AIDS, vərəm və malyariyanın birlikdə səbəb olduqları ölüm hallarından 3 dəfə çoxdur.

Məlumatı oktyabrın 19-da «Lancet» Çirklənmə və Sağlamlıq Komissiyası yayıb.

Ən pis durumun Hindistanda olduğu bildirilir, burada hər il çirklənmədən 2.5 milyon nəfər ölür. Ondan sonra 1.8 milyon ölüm faktıyla Çin gəlir.

«The Lancet» tibb dərgisində dərc olunmuş hesabatda qeyd olunur ki, dünyada hər altı ölümdən biri çirklənmədən dolayı baş verir və belə hallar daha çox inkişaf etməkdə olan ölkələrdədir.

İnkişaf etmiş ölkələrdə isə çox adam kondisionerli maşınlarıyla kondisionerli ofislərinə gedirlər.

Hava çirklənməsi illərlə insanın nəfəs və iltihab sistemlərinə təsir edir, ürək, iflic, ciyər xərçəngi kimi xəstəliklər yaradır.

Hesabatda o da vurğulanır ki, inkişaf etməkdə olan ölkələrdə yeməyi açıq alovda, odun və ya kömürdə bişirirlər və əsasən, qadınlar və uşaqlar tüstüyə məruz qalırlar. Ancaq sürətlə sənayeləşən ölkələrin də çirklənmənin yüksək olduğu vurğulanır. Hesabat müəllifləri ölkələri çirklənmə səviyyəsini tənzimləməyə çağırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG