Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:31

REAL qurultay keçirməyə yer verilmədiyini deyir


REAL (arxiv fotosu)

Respublikaçı Alternativ (REAL) Partiyasının Təşəbbüs Qrupunun təsis qurultayının keçirilməsinə yer verilmədiyi bildirilir.

Bu barədə REAL Təşəbbüs Qrupunun yaydığı məlumatda yazılır.

Məlumatda qeyd edilir ki, Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Respublikaçı Alternativ Partiyasının Təşəbbüs Qrupunun I Təsis Qurultayını keçirməklə bağlı müraciətinə cavab vermir.

“Təşəbbüs Qrupu adından Bakı şəhərində yerləşən, 400 nəfərlik zalı olan 4 və 5 ulduzlu otellərə partiya qurultayının keçirilməsi üçün müraciət edilib. Lakin müraciət olunan otellər siyasi partiya tədbirlərinə yer ayırmadıqlarını ifadə edib və yer verməkdən imtina ediblər. Bunu nəzərə alaraq oktyabrın 2-də Partiyanın Təşəbbüs Qrupu adından qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət və Turizm Baş İdarəsinə müraciət ünvanlanıb. BŞİH qanunla nəzərdə tutulan 15 gün ərzində müraciətlərə cavab vermə qaydasını pozub. Hətta müraciəti qeydə almadıqlarını və icraata göndərmədiklərini bildiriblər”, – məlumatda bildirilir.

Buna da bax:​ AŞPA Avropa Məhkəməsini İlqar Məmmədova görə tələsdirir

Təşəbbüs qrupu bildirir ki, onların istədikləri məkanlarda indiyədək digər siyasi partiyalar öz tədbirlərini keçiriblər.

“Belə olan təqdirdə hesab edirik ki, BŞİH qanunun tələblərini pozaraq müraciətimizə cavab verməməklə bir tərəfdən ayrıseçkilik edir, digər tərəfdən siyasi fəaliyyət azadlığını kobud şəkildə pozmuş olur. Bütün bunlar onu göstərir ki, Bakı şəhər İcra Hakimiyyəti siyasi rəhbərliyin sifarişi ilə hərəkət edir”.

REAl ictimaiyyətə bildirir ki, partiya qurultayının keçirilməsində qərarlıdırlar.

REAL Təşəbbüs Qrupunun yaydığı məlumatda, hələlik, Bakı şəhər İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.

Buna da bax:​ AŞPA-da Azərbaycanla bağlı iki qətnamə qəbul olundu

Xatırlatma

REAL Hərəkatı 2009-cu ildə təsis edilib. Hərəkat respublikaçılıq ideyalarını üstün tutur.

Hərəkatın sədri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələrin ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəməmin qərarı ilə 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Ancaq o, hələ ki, azadlığa buraxılmayıb.

REAL Hərəkatı bu il oktyabrın 29-da qurultay keçirmək niyyətindədir. Qurultayda hərəkatın partiyaya çevriləcəyi gözlənir. Bu qərar sentyabrın 24-də hərəkatın rayonlardan və Bakıdan gələn təmsilçilərinin iştirakı ilə yekdilliklə qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG