Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 08:41

May-dən Britaniyadakı AB vətəndaşlarına zəmanət


Theresa May

Britaniyanın baş naziri Theresa May oktyabrın 19-da Avropa liderlərinin sammitinə qatılacaq. Sammitdən öncə o, AB vətəndaşlarının Britaniya qurumdan çıxandan sonra bu ölkədə qalmasını mümkün qədər asanlaşdırmaq vədi verib.

AB vətəndaşlarına oktyabrın 18-də dərc olunmuş açıq məktubunda May deyir ki, daimi status üçün rəqəmsal müraciət prosesi asanlaşdırılacaq və qiyməti «mümkün qədər aşağı» olacaq.

Baş nazir onu da vurğulayıb ki, Londonla AB vətəndaşların hüquqlarıyla bağlı razılaşma üzrə bir-birindən «nisbi uzaqlıqdadırlar».

Brüsseldə AB-nin 27 digər lideri Britaniyanın AB-dən çıxması – «Brexit» danışıqlarının durumunu dəyərləndirəcəklər.

Avropa Şurasının prezidenti Donald Tusk deyib ki, ikigünlük sammitdə irəliləyiş gözlənilmir, ancaq AB liderlərinin dekabr görüşünədək uğur qazanıla bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG