Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:22

Azərbaycan-Avstraliya biznes forumu keçirilib


Avstraliya bayrağı

“Azərbaycanla Avstraliya arasında siyasi, iqtisadi, humanitar və başqa sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsindən ötrü geniş potensial var”.

Bu sözləri Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva deyib. O, bu gün, oktyabrın 18-də Bakıda keçirilən Azərbaycan-Avstraliya biznes forumunda çıxış edib. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutub.

Bu haqda İqtisadiyyat nazirliyinin məlumatında bildirilir.

Biznes-foruma rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 90-a yaxın iş adamının qatıldığı bildirilir.

Buna da bax: Keçmiş deputat: 'İnsanların gəlirləri azalıb...'

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov isə foruma qatılanlara Azərbaycanın biznes və investisiya mühiti barədə məlumat verib. O, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb.

AZPROMO-nun rəhbəri avstraliyalı iş adamlarını azərbaycanlı həmkarları ilə əməkdaşlığa dəvət edib.

Biznes-forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib. Görüşlərdə əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələləri müzakirə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG