Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 09:57

Soros 18 milyard dollarını özünün xeyriyyə təşkilatına verdi


George Soros

Dünyanın ən varlı adamlarından biri George Soros varının böyük hissəsini-18 milyard dollarını özünün yaratdığı “Açıq cəmiyyət” xeyriyyə təşkilatına verib.

Beləliklə o bu təşkilatı dünyadakı ən iri belə qurumlardan birinə çevirib.

The Wall Street Journal-ın yazdığına görə, “Açıq cəmiyyət” təşkilatı indiABŞ-da Bill və Melinda Gates-in fondundan (40 milyard dollar) sonra ikinci böyük xeyriyyə qurumudur.

Sorosun xeyriyyə fondu qaçqınlara yardım və ictimai sağlamlığın inkişafına yönələn səyləri maliyyələşdirmək, hüquq-müdafiə təşkilatlarına dəstək vermək, iqtisadi islahatların keçirilməsinə yardım göstərməklə məşğuldur.

Bu fond onlarla ölkədə fəaliyyət göstərir, hər il bu məqsədlərə milyard dollara yaxın vəsait xərcləyir.

Bu fondun ilk xarici şöbəsi 1984-cü ildə Macarıstanda açılıb, amma son vaxtlar onun Budapeşt höküməti ilə münasibətləri kəskin pisləşib.

“Açıq cəmiyyət” təşkilatı Rusiyada isə 1995-ci ildən fəaliyyət göstərir.

Bu müddət ərzində Rusiyada elmin inkişafına 100 milyondan çox vəsait xərcləyib, Rusiyanın 33 universitetində internet mərkəzləri yaradılması və kitabxanalara kitab alınmasını maliyyələşdirib.

Bundan başqa Rusiyada qeyri hökumət təşkilatları və müstəqil kütləvi informasiya vasitələrinə kömək edib.

2015-ci ildə isə Rusiyadakı “arzuolunmaz təşkilatlar” siyahısına salınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG