Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:02

'Qarabağ' Çempionlar Liqasında növbəti sınağa çıxır


Bu gün, oktyabrın 18-i Çempionlar Liqasında (ÇL) III tura yekun vurulacaq.

Azərbaycan çempionu «Qarabağ» ikinci ev matçında Madridin «Atletiko» klubunu qəbul edəcək. Qurban Qurbanovun yetirmələri üçüncü oyunlarında nəhayət öz hesablarına xal və xallar yazdırmaq niyyətindədirlər.

«Qarabağ» buna qədər keçirdiyi oyunlarda həm Londonun «Çelsi», həm də Romanın eyniadlı klubuna məğlub olub. Üst-üstə qapısında səkkiz top görən Azərbaycan təmsilçisi yalnız bir qol vurub.

Qrupa 6 xalla «Çelsi» klubu liderlik edir. «Roma»nın 4, «Atletiko»nun isə 1 xalı var.

«Qarabağ» (Azərbaycan) – «Atletiko» (İspaniya) qarşılaşması yerli vaxtla saat 20:00-da başlayacaq.

Oyundan əvvəl Q.Qurbanov deyib ki, rəqib barədə çox danışmağa ehtiyac yoxdur:

««Atletiko»nu hamımız yaxşı tanıyırıq. Son 4 ildə iki dəfə ÇL-in finalına çıxıblar. İspaniya çempionluğunu qazanıblar. Rəqibin oyunlarına baxmışıq. Öz oyun dəst-xətti olan komandadır. Ən azı yaxşı mübarizə göstərməyə, meydanda öz oyunumuzu sərgiləməyə çalışacağıq».

«Atletiko»nun baş məşqçisi Diego Simeone isə bunları deyib:

«Bizi çətin oyun gözləyir. İlk iki matçda uğursuzluq olsa da, komandama güvənirəm».

Günün bütün mövzuları

XS
SM
MD
LG