Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:17

Attaşelər hərbi hava qüvvələrində olub


Azərbaycan Müdafiə Nazirliyi

Xarici dövlətlərin Azərbaycanda akkreditə olunan hərbi attaşeləri bu gün, oktyabrın 17-də hərbi hava qüvvələrinin aviabazasında olublar.

Bu haqda Müdafiə nazirliyi məlumat yayıb.

Nazirlik bildirilir ki, 17 ölkəni təmsil edən hərbi attaşelərə hərbi hissə, onun yaranma tarixi barədə brifinq təqdim edilib.

Attaşelər aviabazada şəxsi heyətdən ötrü yaradılan şəraitlə tanış olub, əsgər yeməkxanaları, yataqxanalar, məşğələ otaqlarına baş çəkiblər.

Aviasiya vasitələri ilə tanış olan qonaqlar şəxsi heyətin məşqlərini də izləyiblər.

Ancaq məlumatda hərbi attaşelərin təmsil olunduğu ölkələrin adları açıqlanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG