Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:25

R.Cekuta iqtisadi əməkdaşlığın üç şərtindən danışdı


R.Cekuta Astarada çay plantasiyasında

«Azərbaycan hökuməti ilə iqtisadi əməkdaşlığımız çox möhkəmdir».

ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta bu gün, oktyabrın 17-si Amerika-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi naharda belə deyib.

Səfirin bildirməsinə görə, son 25 ildə ABŞ Azərbaycana 1.3 mlrd dollar yardım edib. Bunun 120 mln. dolları məcburi köçkünlərə edilən humanitar yardımdır.

R.Cekuta bəyan edib ki, ABŞ hökumətin qeyri-neft sektorunu şaxələndirmək səylərini dəstəkləyir.

«Amerika şirkətləri Azərbaycanda ticarət, kənd təsərrüfatı, konsaltinq, istehlak malları, aviasiya, proqram təminatı və başqa sahələrə cəlb edilib», - deyə səfir qeyd edib.

O məlumat verib ki, kənd təsərrüfatı texnikası ilə tanışlıqdan ötrü Azərbaycan fermerlərinin ABŞ-a turu təşkil edilib.

R.Cekuta deyib ki, dünyada uğurlu rəqabət və Amerika şirkətlərinin Azərbaycanda işini davam etdirməsindən ötrü üç amil xüsusi vurğulanmalıdır.

«İlk növbədə şəffaflığın inkişafı və informasiya axınının təkmilləşdirilməsi lazımdır. İkincisi, korrupsiya ilə mübarizə davam etdirilməlidir. Qanunsuz ödənişlər və başqa korrupsiya növləri müəssisələrin nüfuzunu azaldır. Xarici investorları yenidən düşünməyə vadar edir. Üçüncü amil isə qanunun aliliyidir», - səfir deyib.

Azərbaycan 1991-ci ildə müstəqillik əldə edib. 1992-ci ildən ABŞ-la Azərbaycan arasında ikitərəfli əlaqələr yaranıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG