Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 00:55

MSK sədri: "Navalny seçkiyə yalnız 2028-ci ildən sonra qatıla bilər"


Ella Pamfilova

Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova deyib ki, prezident seçkilərində iştirak etmək hüququ olduğunu deyən müxalifətçi Aleksey Navalny Konstitusiyanı yanlış şərh edir.

O, Ümumdünya gənclər və tələbələr festivalında iştirakçının sualını cavablandırarkən bildirib ki, Navalny president seçkisində yalnız 2028-ci ildən sonra iştirak edə bilər.

Pamfilova həmçinin Navalny-nı hakimiyyətə təzyiq göstərməkdə günahlandırıb və qeyd edib ki, heç birküçə etirazları onu qanunu pozmağa vadar edə bilməz.

Rusiya hakimiyyəti iddi edir ki, Navalny “Kirovles” işinə görə məhkum olunduğundan seçkilərdə iştirak edə bilməz.

Navalny seçkiyə buraxılmasını tələb edir. Onun prezidentliyə namizədliyini təxminən 600 min adam dəstəkləyib.

Ölkənin regionlarında onun onlarla seçkiqabağı qərargahı açılıb.

Qeyd edək ki, Aleksei Navalny Kremlin,xüsusilə də president Vladimir Putinin sərt tənqidçilərindəndir.

O hakimiyyəti korrupsiyada ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG