Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:22

Kataloniyaya verilən ultimatumun vaxtı bitir


Jordi Sanches və Jordi Cuixart
Jordi Sanches və Jordi Cuixart

Ispaniya Ali Məhkəməsi oktyabrın 16-sı axşam Kataloniya separatçılarının iki liderini həbs edib. Jordi Sanches və Jordi Cuixart qiyama çağırışda, hakimiyyətə tabe olmamaqda ittiham olunurlar.

Onlar Kataloniyanın müstəqilliyinə çağıran Milli Məclis və Ümumi Mədəniyyət təşkilatlarının liderləridir.

Hər iki lideri gecə Madrid həbsxanasına gətiriblər. Onları girov müqabilində azad etmək təklifini məhkəmə rədd edib.

Barselonada oktyabrın 17-nə keçən gecə 200-dən çox adam tutulan liderlərə dəstək mitinqinə çıxıb.

Kataloniyanın iki separatçı lideri həbs olundu
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

Toni, 36 yaşlı kompüterçi: “Bu , hakimiyyətin bizi əzmək yönündə növbəti addımıdır. Bu dövlət bizim müstəqilliyimizi istəmir, vətəndaşın istəyi onun vecinə deyil. Qəribədir ki, Kataloniya Günü nümayişinə başçılıq edənlər həbsxanaya salındı. Onlar heç bir zorakılıqda iştirak etməyib.

İspaniya hakimiyyəti isə tamam başqa fikirdədir. İstintaq bildirir ki, Kataloniyanın müstəqilliyi tərəfdarları ilə polis arasındakı toqquşmalara gətirən etirazlara tutulan həmin iki lider başçılıq edib.

Etirazlar vaxtı işinin öhdəsindən gələ bilməyən Kataloniyanın polis rəisi Josep Traperoya qarşı da cinayət işi açılıb. Ona İspaniyanı tərk etmək qadağan olunub.

Kataloniya hakimiyyəti oktyabrın 10-da “Müstəqilik Bəyannaməsini” imzalayıb, ancaq müstəqilliyi elan etməyib. Madrid tələb edir ki, Kataloniya öz mövqeyini dəqiqləşdirsin.

Madridin ultimatumunun vaxtı oktybarın 19-u saat 10-da başa çatır.

Kataloniya İspaniyadan ayrılıb, müstəqilliyini elan eləsə, Madrid Kataloniyanın muxtariyyətini ləğv edib, birbaşa idarəçilik tətbiq edəcəyi ilə hədələyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG