Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:33

İraq ordusunun Kərkük vilayət şurasının binasını tutduğu bildirilir (Video)


İraq ordusu Kərkükə girir
İraq ordusu Kərkükə girir

İraq ordusunun ölkənin şimalındakı Kərkük şəhərinə girdiyi və artıq vilayət şurasının baş qərargahını nəzarətə götürdüyü xəbər verilir.

Şahidlərin Reuters agentliyinə verdikləri məlumata görə, ordu kürd bayrağını çıxarıblar.

İraq ordusu Kərkükə girir
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

Əyalət qubernatorluğunun bnasındakı bu bayraq, bu ilin aprelində İraq bayrağının yanına sancılmışdı.

Bundan əvvəl İraq hökumət qüvvələrinin Kərkükdəki bir sıra obyüktləri ələ keçirməsi barədə məlumat yayılmışdı.

Bu ərazilərə indiyə qədər kürd qüvvələr nəzarət edirdi. Kürd mənbələrinin məlumatına görə, onlar hökumət qüvvələrinə müqavimət göstəriblər, itkilər olub. Amma İraq hökumətinin rəsmi məlumatında itkilərlə bağlı hələlik məlumat verilmir.

Kərkük İraqın Şumalındakı kürd muxtariyyətinə daxil deyil. Amma əsasən türmənlərın məskunlaşdıqları bu ərazilərə uzun müddət idi kürd silahlı qrupu “Peşmərgə” nəzarət edirdi. Oktyabrın 15-də kürd qüvvələr Kərkük küçələrinə tanklar çıxarıblar. Kürd qüvvələr iddia edirlər ki, Kəörkükdə onlarla vuruşan iraqlılar yox, İranla bağlı birləşmələrdir.

İraqın hökumət qüvvələri Kərkük ətrafında əməliyyata bazar günü gecə yarıdan sonra başlayıblar.

Bağdad hakimiyyəti sentyabrın 25-də İraq kürd muxtariyyətinin keçirdiyi referendumu qanunsuz sayır və onun nəticələrinin ləğvini tələb edib.

Bazar günü tərəflər arasında aparılan danışıqlar nəticə vermədi və vəziyyət daha da pisləşdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG