Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:10

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənir


İ.Əliyev və S.Sarkisian

Bu gün, oktyabrın 16-sı Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olmalıdır.

ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə bu görüş Cenevrədə baş tutmalıdır.

Prezidentlər İlham ƏliyevSerzh Sarkisian həmsədrlərin təklifi əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etməlidirlər.

Bu ayın əvvəlində ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycana səfər etmişdilər. Məqsəd hər iki ölkənin yüksək səviyyədə görüşünü təşkil etmək idi.

Prezidentlər arasında son görüş 2016-cı ildə Sankt-Peterburq şəhərində keçirilib.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumi dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib.

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG