Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:26

"Ermənistan yanaşmasını dəyişməsə..."


İlham Əliyev və Serj Sarkisyan
İlham Əliyev və Serj Sarkisyan

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü oktyabrın 16-da Cenevrədə keçirililəcək. Bunu Azərbaycanın Xarici İşlər nazirliyi oktybarın 13-də elan edib.

Görüşün gələn həftə Cenevrədə keçiriləcəyini Ermənistanın hakim Respublika Partiyasının sədr müavini Armen Ashotyan oktyabrın 12-də partiya rəhbərliyinin iclasından sonra mətbuat konfransında demişdi.

Armen Ashotyan:“Azərbaycan tərəfdən səslənən bəyanatlara baxmayaraq Ermənistan prezidenti danışıqlar prosesinin formatına loyaldır və danışıqlara gedəcək."

Bundan əvvəl - oktyabrın 9-da Azərbaycan prezidenti İlham Əliyev Ermənistanı müxtəlif bəhanələrlə danışıqlardan yayınmaqda ittiham etmişdi.

Ashotyan prezidentlərin oktyabrın 11-də Soçidə niyə görüşməməsi məsələsinə də toxunub: “ prezidentlərin görüşünün Soçidə olacağı gözləntisini bəzi medialar yaratmışdı. Niyə olmamağının səbəbini axtarmaq mənasızdır. Görüş Soçidə ona görə olmadı ki, bu görüşün keçirilməsi əvvəlcədən nəzərdə tutulmamışdı”.

Azərbaycan və Ermənistan prezidentləri Cenevrədə görüşür
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

Görüşdən nə gözlənir? -məsələsinə gəldikdə Ashotyan deyib ki, Qarabağ münaqişəsinin həllinə dair Vyana prinsipləri qüvvədə qalır. Uğurlu danışıq prosesi üçünsə etmad mühiti yaradılmalıdır. Bu mühit təhlükəsiz, İnsidentlərin araşdırıldığı mühit olmalıdır. ATƏT-in missiyasına monitorinq üçün daha çox səlahiyyət verilməlidir.

Görüşdən gözləntilər nədir? Eyni suala Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov belə cavab verir:

Tofiq Zülfüqarov: "Əsas odur ki, ..."
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00
Direct-ə keçid

Dünyadakı bu günki hadisələrin - Kataloniyada, İraq Kürdüstanında müstəqillik referendumlarının Qarabağ probleminin həllində Azərbaycana ziyanı varmı?

Tofiq Zülfüqarov hesab edir ki, bunlar tamam fərqli proseslərdir:

Tofiq Zülfüqarov: "Dünyadakı proseslər..."
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00
Direct-ə keçid

Azərbaycan və Ermənistan prezidentləri son dəfə il yarım əvvəl Rusiya prezidenti Putinin iştirakı ilə Sankt Peterburqda görüşüb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG