İsrail Birləşmiş Ştatların ardınca YUNESKO-dan çıxır.
Azadlıq Radiosunun məlumatına görə bunu ölkənin baş naziri Benjamin Netanyahu bəyan edib.
Onun sözlərinə görə, “bu təşkilat tarixi qorumaqdansa onu təhrif edir”.
Netanyahu xarici işlər nazirliyinə YUNESKO-dan çıxmağa hazırlıq görməyi tapşırıb.
Amma İsrailin bu təşkilatdan nə vaxt çıxacağı bəlli deyil.
Qeyd edək ki, ABŞ da oktyabrın 13-də gələn ilin sonunadək bu təşkilatdan çıxacağını bəyan elədi.
Vaşinqton təşkilatı İsrailə qarşı olmaqda günahlandırır.
İsrail də dəfələrlə YUNESKO-nu Qüds və Fələstin ərazilərindəki obyektlər ətrafındakı mübahisədə Fələstinin tərəfini saxlamaqda günahlandırıb.
Qeyd edək ki, İsrail ötən il təşkilatla əməkdaşlığı dayandırıb.
Buna səbəb ötən il YUNESKO-nun YQüdsdəki Məbəd Dağını müsəlmanların müqəddəs yeri elan etməsi olub.
Bu sənəddə məbədin yəhudi xalqı ilə bağlılığı olmadığı bildirilir.
Həmçinin ABŞ-2011-ci ildə təşkilatla fəaliyyətini dayandırıb.
Buna səbəbsə təşkilatın Fələstin muxtariyyətini daimi üzvvlüyə qəbul etməsi olub.
ABŞ-la İsrail buna qarşıdırlar.
YUNESKO 1945-ci ildən fəaliyyət göstərir.