Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 03:43

Kiyev meri mərhum rusiyalı siyasətçi B.Nemtsova abidə qoyulmasını təklif edib


Vitali Klitschko

Kiyev meri Vitaly Klicko təklif edib ki, şəhərdəki meydanlardan birinə rusiyalı mərhum siyasətçi Boris Nemtsovun adı verilsin və meydanda onun abidəsi ucaldılsın.

Meriyanın oktyabrın 12-də verdiyi məlumatına görə Klicko bu ideyanı Nemtsovun qızı Janna ilə müzakirə edib.

Təklifə Kiyev şəhər soveti baxmalıdır.

Klickonun fikrincə Nemtsovun qətli “onun baxışları və hakimiyyəti tənqid etməsi” ilə bağlıdır.

Boris Nemtsov 2015-ci il fevralın 27-də Moskvanın mərkəzində güllələnib.

Siyasətçinin tərəfdaşları dəfələrlə həmin yerdə-Böyük Moskva körpüsündə xatirə lövhəsi qoyulmasını tələb etsələr də hakimiyyət rədd cavabı verib.

Həmçinin Nemtsovun yaşadığı binadan onun xatirə lövhəsi iki dəfə çıxarılıb.

Nemtsov Kremlin sərt tənqidçilərindən biri idi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG