Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:09

Əsas kapitala qoyulan vəsait açıqlanıb


Dövlət Statistika Komitəsi

2017-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafına bütün maliyyə mənbələrindən 11 milyard 90.8 milyon manat vəsait qoyulub.

Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, ötən ilin 9 ayında bu göstərici 10 milyard 268.7 milyon manata bərabər olub.

Bu ilin 9 ayında qoyulan vəsaitin 4 milyard 623 milyon manatı və ya 41.7 faizi qeyri-neft sektoruna sərf edilib. Bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13.8 faiz artıb.

Ümumi sərmayənin 73.1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunan vəsaitin 77.7 faizi məhsul istehsalı obyektlərinin, 16 faizi xidmət sahələri üzrə obyektlərin, 6.3 faizi isə ümumi sahəsi 1 milyon 263 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb.

DSK bildirir ki, daxili mənbələrdən əsas kapitala yönəldilən vəsait ümumi sərmayənin 40.5 faizini təşkil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG