Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:09

Ermənistanın müdafiə nazirliyi oktyabrın 10-da 1 əsgərinin həlak olduğunu bildirir.

Məlumata görə, əsgər oktyabrın 10-u saat 11 radələrində Ermənistan müdafiə nazirliyinin N saylı hərbi hissədə mühəndislik edərkən rəqib tərəfindən açılan atəş nəticəsində ölümcül güllə yarası alıb.

Azadlıq Radiosu Ermənistan xidmətinin sonradan verdiyi məlumata görə, insident Ermənistan-Azərbaycan sərhədinin Tavuş hissəsində baş verib.

Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətindən radioya bildirilib ki, ilkin məlumata görə əsgər snayper gülləsindən ölüb.

Azərbaycanın müdafiə nazirliyinin məlumatına görə isə Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Hacıalılı, Ağdam, Ağbulaq və Muncuqlu kəndləri də daxil olmaqla cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.

Nazirliyin məlumatına görə oktyabrın 10-a keçən gecə isə erməni birləşmələri həmin istiqamətlərdə atəşkəs rejimini 121 dəfə pozub.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG