Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:11

Azərbaycan hökuməti aksiz vergisi dərəcələrinin dəyişdirilməsini müzakirə edir.

AZƏRTAC-ın xəbərinə görə, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu gün, oktyabrın 11-i Bakıda keçirilən Alman-Azərbaycan biznes-forumunda deyib.

A.Əliyev qeyd edib ki, hazırda Azərbaycanda aksiz vergisi dərəcəsi xeyli aşağıdır:

«Bundan başqa, aksiz vergisinin tətbiq edildiyi tütün və alkoqollu içkilər ilkin zəruri məhsullar deyil. Tütün və spirtli içkilərin idxalı məsələsində biz ilk növbədə əhalinin sağlamlığını düşünməliyik. Həmçinin, Azərbaycanda bu gün tütün və alkoqollu içkilər istehsal edən kifayət qədər müəssisə var».

Aksiz - aksizli malların satış qiymətinə daxil edilən dolayı (istehlak) vergi növüdür. Azərbaycanda aksizli mallara, əsasən, bunlar aid edilir: İçməli spirt, pivə və spirtli içkilərin bütün növləri. Tütün məmulatları, neft məhsulları, minik avtomobilləri. Habelə, istirahət və ya idmandan ötrü yaxtalar, digər üzən vasitələr.

Bundan başqa, idxal olunan platin, qızıl, ondan hazırlanan zərgərlik məmulatları, emal olunan, çeşidlənən, çərçivəyə salınan və bərkidilən almaz da bu sıraya aid edilir. Üstəlik, idxal olunan xəz-dəri məmulatları da aksiz mallara daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG