Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:11

ABŞ-ın iki B-1 bombardmançısı Yaponiya və Cənubi Koreyanın hərbi təyyarələri ilə birgə təlim keçib. Bu, Şimali Koreyanın raket və nüvə proqramlarıyla bağlı artan gərginliklə eyni vaxta düşüb.

ABŞ ordusu təlimin oktyabrın 10-da gecə gerçəkləşdirildiyini bildirib.

Vaşinqtonda isə prezident Donald Trump müdafiə rəsmiləriylə görüşündə Şimali Koreyanın aqressiyasına cavab vermək variantlarını götür-qoy edib. Gərəkərsə, Pxenyanın nüvə silahlarıyla Birləşmiş Ştatları və müttəfiqlərini hədələməsinin önlənməsi də müzakirə olunub. Bu haqda Ağ ev bəyanat yayıb.

Bəyanata görə, Trump-ı müdafiə naziri James Mattis, baş qərargah rəisi, general Joseph Dunford bilgiləndiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG