Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:08

ABŞ İŞİD-lə savaşmadığı iddiasını rədd edir


F-15E

Pentaqon Kremlin Birləşmiş Ştatların Suriya və İraqda «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasıyla «mübarizə görüntüsü» yaratmasıyla bağlı ittihamlarını «tamamilə saxta» adlandırıb. Bu, Moskvayla Vaşinqton arasındakı gərginliyin artmasının daha bir əlamətidir.

Rusiyanın Müdafiə Nazirliyi oktyabrın 10-da yaydığı bəyanatda iddia edib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya sentyabrda İraqda daha az hava zərbəsi gerçəkləşdirib. Halbuki, Rusiyanın hava zərbələri ilə dəstəklədiyi Suriya qüvvələri Deyr əz-Zor vilayətini geri almağa başlayıb.

«Hamı görür ki, ABŞ koalisiyası İraqda İŞİD-lə savaş görüntüsünü yaradır, elə Suriyada da qruplaşmayla guya mübarizə apardığını bildirir», – nazirliyin sözçüsü, general-mayor Igor Konashenkov deyib.

Pentaqonun sözçüsü, polkovnik Robert Manning isə Rusiyanın ittihamlarını «tamamilə saxta» adlandırıb.

«Biz İŞİD-in məhvinə, onların təhlükəsizlik sığınacaqlarının, regionda və dünyada zərbələr gerçəkləşdirmək bacarıqlarının əllərindən alınmasına çalışırıq», – Manning söyləyib.

Pentaqon bildirir ki, ABŞ koalisiyası zərbələrin sayı və nəticəsi barədə hər gün informasiya yayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG