Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 09:55

Peskov:" Moskva ilə Ankara S-400 raketləri ilə bağlı danışıqları davam etdirirlər"


Dmitry Peskov

Rusiya Türkiyəyə S-400 raketləri göndərilməsi barədə əlaqə və danışıqları davam etdirir.

TASS-ın məlumatına görə, bunu oktyabrın 9-da jurnalistlərə Kremlin sözçüsü Dimitry Peskov deyib.

Mənbə yazır ki, Kreml bununla Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu-nun bu məsələ ilə bağlı bundan əvvəl verdiyi bəyanata cavab verib.

Cavusoglu yerli “Aksham” qəzetinə müsahibəsində deyib ki, əgər birgə istehsalla bağlı razılıq əldə olunmasa Türkiyə S-400 raketlərinin alınması ilə bağlı müqavilədən imtina edə bilər.

“Biz bu məsələ ilə bağlı rəsmi rədd cavabı almamışıq.

Prezident Putin özü deyib ki, biz birgə istehsalla bağlı addımlar ata bilərik. Ona görə də texnologiya məsələsi aktualdır. Amma əgər Rusiya buna mənfi cavab versə biz başqa ölkə ilə razılaşma imzalaya bilərik” Cavusoglu deyib.

Türkiyə prezidenti Racep Tayyip Erdogan sentyabrın 12-də Ankarada bəyan elədi ki, Moskva ilə Ankara Rusiyadan S-400 raketlərinin alınması ilə bağlı razılaşma imzalayıblar.

Sentyabrın sonunda bu məlumatı Rusiya prezidentinin köməkçisi Vladimir Kojin də təsdiqlədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG