Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:19

Oktyabrın 11-i gecə saatlarında Azərbaycanın 23 rayonunda internet problemi ola bilər.

Bu haqda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında bildirilir.

Nazirlik qeyd edir ki, problem internet marşrutlarında yeni texnologiyaların quraşdırılması ilə bağlıdır:

“’Aztelekom’ Məhdud Məsuliyyətli Cəmiyyəti internet istifadəçilərini sürətli və keyfiyyətli internet xidmətləri ilə təmin etmək məqsədilə həyata keçirdiyi layihə üzrə işləri davam etdirir. Layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsindən ötrü daha müasir avadanlıqlar quraşdırılır”.

Buna da bax:​ Dünya əhalisinin yarıdan çoxunun internetə çıxışı yoxdur

Oktyabrın 10-dan 11-nə keçən gecə Goranboy, Beyləqan, Bərdə, Ağcabədi, Ağstafa, Astara, Biləsuvar, Yevlax, İsmayıllı, İmişli, Şəmkir və Sabirabad rayonları üzrə texniki yeniləmə işləri aparılacaq.

Bura habelə, Qəbələ, Tovuz, Ağdaş, Saatlı, Siyəzən, Zərdab, Cəbrayıl, Gədəbəy, Xızı, Oğuz və Şabran rayonları daxildir.

Qeyd edilən məsələ ilə bağlı, oktyabrın 11-də saat 02:00-dan 08:00-dək sözü gedən rayonlarda internet təchizatında müəyyən fasilələr yaranması gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG