Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 05:48

İqtisadçı: '...kərə yağı 10-11 manat olar'


Kərə yağı. İllüstrasiya (RFE - Photo Library)
Kərə yağı. İllüstrasiya (RFE - Photo Library)

DGK-dən yağın qiymətinə aid açıqlama

Dövlət Gömrük Komitəsi (DGK) yağın qiyməti ilə bağlı açıqlama yayıb.

Açıqlamadan bəlli olur ki, yağ, əsasən, Almaniya, Yeni Zelandiya, Rusiya Federasiyası, Ukrayna və Belarusdan idxal edilib.

DGK vurğulayır ki, kərə yağının bu ilin sentyabr ayı üzrə orta statistik qiyməti 5.20 ABŞ dolları təşkil edir.

«İdxal əməliyyatları zamanı gömrük dəyəri xarici ticarət müqavilələrində müəyyən olunan satış qiymətləri və göndərmə şərtləri əsasında hesablanır. Gömrük ödənişləri ödənildikdən sonra məhsul sərbəst dövriyyəyə buraxılır», - məlumatda bildirilir.

***Buna da bax-Kərə yağını neçə şirkət gətirir?

Son vaxtlar ölkədə yağın qiymətində bahalaşma müşahidə edilir. «Anchor» yağı son iki ayda 13 manatdan 17 manata qalxıb. «Westgold» yağı isə 15 manat 20 qəpikdən 18 manat 40 qəpiyə yüksəlib. Kərə yağıları arasında bundan da baha satılanlar var.

Ekspertlər bunu Azərbaycanda monopoliya və gömrük rüsumlarının yüksək olması ilə izah edirdilər.

Ancaq DGK monopoliya ittihamlarını qəbul etmir. Hazırda 1 dollar 1 manat 70 qəpikdir. 5 dollar 20 sent 9 manata yaxındır.

Ekspertlər deyirlər ki, hətta gömrük rüsumu və logistik xərcləri nəzərə alanda belə, yağın qiymətinin süni şəkildə şişirdildiyi bəlli olur.

Natiq Cəfərli
Natiq Cəfərli

Ümumi xərclər – 12.84 manat

DGK-nin açıqlamasına iqtisadçı Natiq Cəfərli də münasibət bildirib. O vurğulayır ki, 5.20 dollar – 8.84 manata bərabərdir:

«Buna 15 faiz idxal rüsumu (yeri gəlmişkən, hər hansı dövlət öz əhalisini daxili istehsal hesabına təmin edə bilmirsə, həmin məhsula maksimum idxal vergisi qoymaq absurddur) – 1.32 manat əlavə edək. Üstəlik, 18 faiz ƏDV – 1.83 manat (Gömrük 15 faiz rüsumu qiymətə əlavə etdikdən sonra 18 faiz hesablayır). Beləliklə cəmi – 11.99 manat. Logistika və yol xərcləri hər kq yağa heç 0.50 dolları keçmir, daha aşağı olur. Deməli, logistika 0.50 dollar - 85 qəpik. Ümumi xərclər – 12.84 manat. Satışda isə Avropa, Avstraliya və Yeni Zelandiyadan gələn yağ 18-20 manat arasıdır».

***Buna da bax-Ərzağı bahalandıran gözəgörünməz əl kimindir?

İqtisadçı daha sonra sual edir: «Belə qazanc harada var ki?!».

«Pərakəndə satış edənlər lap az qoyur, lap 50 qəpik də onlar artırsalar, yenə də qiymət 16 manat civarında sabitləşər. Mən dövlətin qiymətlərə hər hansı bir müdaxiləsinin qəti əleyhinəyəm. Amma dövlət ədalətli hakim olmalı, əlində olan vergi və rüsum kimi alətlərdən ağılla istifadə etməli, normal rəqabətli mühit yaratmalıdır. Dövlət gömrük rüsumunu 15 faizdən 5 faizə çəksə, kərə yağına ƏDV-ni dünyada qiymət enənə qədər (ilkin olaraq 6 aylıq) ləğv etsə, qiymətlər həmən 30 faiz düşər. Hələ, rəqabətli mühit yaratsa, kərə yağının qiyməti 10-11 manat olar. Necə ki, Gürcüstanda indi elədir», -N.Cəfərli bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG