Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:27

Pence: "amerikalılar Aya qayıdacaq, ordan da Marsa gedəcək"


Space Shuttle Discovery önündə Pence çıxış edir

ABŞ vitse-prezidenti Mike Pence oktyabrın 5-də deyib ki, ABŞ kosmosda geriliklə daha barışmayacaq.

Pence bunu Milli Kosmik Şuranın ilk iclasında bildirib. Şura isə 1993-cü ildə buraxılandan sonra ilk dəfədir ki, yenidən bərpa olunur.

Pence deyib ki, ABŞ kosmos uğrunda yarışda öz birinciliyini bərpa eləməlidir.

Vitse-prezident deyir ki, indi 2017-ci ildir, ABŞ isə Beynəlxalq Kosmik Stansiyaya astronavt göndərəndə Rusiyadan asılı olur. Bir astronavtın göndərilməyi isə 76 milyon dollara başa gəlir.

Pence deyib ki, “biz amerikalı astronavtları Aya qaytaracağıq. Təkcə bayraq və iz qoymayacğıq, amerikalıları Marsa və başqa planetlərə göndərmək üçün fundament yaradacağıq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG