Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 20:26

Portuqaliyanın Setubal şəhərində prospektlərdən birinə "Mançester Yunayted"in baş məşqçisi Jose Mourinho-nun adı verilib.

Oktyabrın 3-də Setubal Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə Mourinyonun özü də iştirak edib.

"Setubala tez-tez gəlirəm. Bu, yeganə şəhərdir ki, özümü sərbəst hiss edirəm. Burda anam yaşayır. Setubala gələndə özümü dünyasını dəyişən adam kimi hiss edirəm"Mourinyo deyib.

Joze Mourinyo 1963-cü ildə bu şəhərdə doğulub.

Gələcəkdə dogma şəhərinə dönüb-dönməyəcəyi barədə suala gəldikdə isə Mourinyo deyib: “Hələlik futboldan sonra nə edəcəyimi bilmirəm, amma Setubal həmişə bizim evimizdir”.

Məşqçi şəhər meri Maria das Dores Meira-ya təşəkkürünü bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG