Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:15

Azərbaycanın futbol millisi 2018-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirir.

Azərbaycan yığması oktyabrın 5-də evdə Çexiya millisini qəbul edir.

Qeyd edək ki, bu komandalar arasında Çexiyada keçirilən ilk görüşdə hesab açılmayıb.

Azərbaycan millisi hazırda C qrupunda 10 xalla 3-cü yerdədir.

4-cü yerdə isə 9 xalla Çexiya millisi gəlir.

Qrupa 24 xalla Almaniya millisi başçılıq edir.

İkinci yerdə isə 19 xalla Şimali İrlandiya gəlir.

Norveç 7 xalla 5-ci, San Marino isə 0 xalla sonuncudur

Qeyd edək ki, Çexiya ilə oyun komandanın kapitanı Rəşad Sadıqovun millidə son oyunu olacaq.

Həmçinin C qrupunda bu gün Şimali İrlandiya Almaniya millisini, San Marino isə Norveç yığmasını qəbul edir.

5 oktyabr

C qrupu

20:00. Azərbaycan - Çexiya

Baş hakim: Benoit Millot

Baş hakimin köməkçiləri: Julien Pacelli, Bertrand Jouannaud

Dördüncü hakim: Frank Schneider (Hakimlər Fransadandır)

Hakim-inspektor: Are Habicht (Estoniya)

Komissar: Romano Clavadetscher (İsveçrə)

Bakı Olimpiya Stadionu

Günün bütün mövzuları

XS
SM
MD
LG