Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 20:20

Bu gün, oktyabrın 5-i Bakıda MDB-yə üzv dövlətlərin hüquq-mühafizə orqanları bölmələrinin VII Regional ekspert müşavirəsi və Terror Əleyhinə Mərkəzin elmi-məşvərət şurasının (EMŞ) plenar iclası keçirilir.

Toplantılar Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) dəstəyi və MDB iştirakçı dövlətlərin Terror Əleyhinə Mərkəzinin (TƏM) təşkilatçılığı ilə gerçəkləşib.

AZƏRTAC-ın xəbərinə görə, tədbirə MDB ölkələrinin təhlükəsizlik, xüsusi xidmət və hüquq-mühafizə orqanları təmsilçiləri qatılıblar.

Ekspert müşavirəsində isə BMT Təhlükəsizlik Şurasının İŞİD, «Əl-Qaidə» və «Taliban» üzrə Monitorinq Qrupunun nümayəndələri iştirak ediblər.

Plenar iclasda beynəlxalq terror təşkilatları ilə mübarizədə görülən işlər müzakirə edilib.

Ekspertlər bildiriblər ki, MDB ölkələrində terror təhlükəsi yenə mövcuddur.

Toplantıda vurğulanıb ki, hazırda internet məkanından MDB dövlətləri vətəndaşlarının həm terrorçuluqda iştirak, həm də etiraz fəaliyyətlərinə cəlb edilməsindən ötrü istifadə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG