Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:12

Bütün dünya ölkələri gender bərabərsizliyini qapatmaqdan ötrü daha çox iş görməlidirlər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) açıqladığı yeni hesabatda belə deyilir.

2012-ci ildə açıqlanmış uyğun hesabatdan sonra çox az irəliləyiş əldə olunduğu bildirilir.

«İnkişaf etmiş ölkələrdə qadınlar kişilərdən daha təhsillidirlər. Ancaq yenə də daha az qazanır, siyasətdə daha pis təmsil olunurlar, biznesdə yuxarı pillələrə yüksəlmək, yaxud sahibkar olmaq şansları aşağıdır», – sənəddə vurğulanır.

Kanada, Yaponiya və Norveçdən tutmuş Avstraliyaya kimi gənc qadınlar kişilərdən 15% az qazanırlar, baxmayaraq ki, daha təhsillidirlər. OECD bildirir ki, işləyən valideynlər üçün daha yaxşı siyasət yürüdülməsinə, iş yerlərində ödənişlərdəki fərqlərlə bağlı şəffaflığın təmin olunmasına rəğmən, son onillikdə gender uçurumu davamlı şəkildə qalıb.

İş yerlərində çevik siyasətin olmaması ucbatından uşaq dünyaya gətirəndən sonra karyeranın dayanması, eləcə də iş yerlərində qadınlara ayrıcalıq, qadınların kişilərdən az qazanmasına səbəb olur. Hesabatda belə deyilir.

OECD-nin hesabatda əhatələdiyi ölkələrin hamısı qadınlara zorakılığın əngəllənməsinin prioritetləri olduğunu deyiblər.

2025-ci ilədək gender bərabərsizliyi 25 faiz azalsa, bu, OECD ölkələrində proqnozlaşdırılan iqtisadi artımı gücləndirər. Qurum bildirir ki, qadın və kişi sahibkarların sayı bərabərləşsə, qlobal ÜDM 2%, yəni 1.5 trilyon dollar ekvivalentində artar.

Günün bütün mövzuları

XS
SM
MD
LG