Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 07:24

Yağışlı havalar davam edir


Yağış

Oktyabrın 5-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi bildirilir.

Ancaq gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 10-13, gündüz 15-18, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti olacaq .

Azərbaycanın əksər rayonlarında da yağış yağacağı bildirilir. Gecə 8-13, gündüz 14-18, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti təxmin edilir.

Son günlər paytaxt və rayonlara fasilələrlə yağış yağır. Dağlıq rayonlara isə qar düşüb.

Multimedia

XS
SM
MD
LG