Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:07

4 Türkiyə əsgəri öldürülüb, 4-ü isə yaralanıb


Foto arxiv

Türkiyənin cənub-şərqində 4 Türkiyə əsgəri öldürülüb, 4-ü isə yaralanıb.

Hücum oktyabrın 4-də Hakkari əyalətinin Yüksəkova rayonunda törədilib.

Hərbi maşının getdiyi yolda bomba partladılıb.

Əyalət valisi bildirib ki, bu hücumun arxasında kürd yaraqlıları durur.

Yaralılar qonşuluqdakı hospitala götürülüblər.

PKK (Kürdüstan işçi partiyası) yaraqlılarının 1984-cü ildən bu yana Türkiyənin şərqində müstəqillik uğrunda apardıqları silahlı mübarizədə 40 mindən çox adam ölüb.

ABŞ, Avropa Birliyi və Türkiyə PKK-nı terrorçu təşkilat hesab edirlər.

Təşkilat 2015-ci ildə Türkiyə hökuməti ilə atəşkəs sazişindən birtərəfli qaydada çıxdıqdan sonra ölkədə terror hücumlarının yenidən artdığı müşahidə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG