Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:03

Las-Veqasda qırğın törədən otelə kamera quraşdırıbmış


Las-Veqas şəhərində kütləvi qırğın üçün məsuliyyət daşıyan şəxs üç yerdə 50-dək silah saxlayıb, qaldığı otel otağında və dəhlizdə kamera quraşdırıbmış. Onun 9-11 dəqiqə atəş açdığı bildirilir.

Alkoqol, Tütün və Odlu Silahlar Bürosundan Jill Schneider oktyabrın 3-də jurnalistlərə deyib ki, Stephen Paddock-un silah arsenalına tüfəng, tapança, yarıavtomat silahlar daxildir.

Polisin məlumatına görə, 64 yaşlı kişi oktyabrın 1-də gecə «Mandalay Bay» otelinin 32-ci mərtəbəsindən küçədə keçirilən musiqi festivalına 11 dəqiqəyədək atəş açıb, 59 nəfəri öldürüb, 500-dək çox adamı yaralayıb.

Polis otağa basqın edəndə Paddock otağında güllələnmiş vəziyyətdə olub. O, atəş açarkən aşağıdakı zalda nə baş verdiyini görmək üçün otağının qapı gözlüyünə kamera yerləşdiribmiş.

Rəsmilər deyir ki, o, dəhlizə daha iki kamera yerləşdirib ki, hüquq-mühafizə əməkdaşları yaxınlaşanda onları görə bilsin.

Atəş açanın motivi qaranlıq qalır. Polis onun qız dostu Marilou Danley ilə əlaqə yaradıb. O, oktyabrın 4-də xarici səfərdən ABŞ-a qayıdır və dindirilməsi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG