Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:53

'Ötən həftə 10 manata olan yağ indi 14 manata satılır' – Media icmalı


'Ümid dolu çanta' [Video]
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

'Ümid dolu çanta' [Video]

«İkili standart» siyasəti, bəzi uşaqların məktəbə gedə bilməməsinin səbəbləri və ərzağın durmadan bahalaşması bu gün (4 oktyabr 2017) medianın aparıcı mövzularındandır...

MƏKTƏBƏ GETMƏYƏNLƏRİN SAYI ARTIR

«Exo» qəzetində «Təəssüf, hər il məktəbə getməyən uşaqların sayı artır...» sərlövhəli yazı oxumaq olar.

Müəllif bəzi uşaqların təhsil ala bilməməsinin səbəblərini ekspertlərlə müzakirə edib.

Yazıda bildirilir ki, məktəbə getməyən uşaqlarla bağlı konkret statistika mövcud deyil. Amma bir çoxları onların sayının az olmadığını bildirirlər.

«Məktəb təhsil sistemindən nə qədər uşağın kənarda qalmasını demək çətindir. Amma burada söhbətin minlərlə uşaqdan getməsi birmənalıdır. Hökumət tərəfdən ciddi nəzarətin olması zəruridir», - Müstəqil Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü bunu qəzetə bildirib.

Ekspertlər səbəblərə də toxunub. Onlar vurğulayıb ki, burada, əsasən, iki amil üstünlük təşkil edir - İmkansızlıq və valideynlərin məsuliyyətsizliyi.

«Cəmi 25 il öncə bu problem yox idi, indi təhsilsiz nəsil böyüyür, orta təhsil almaq məcburidir. Hökumət aztəminatlı ailələrə məktəb geyimi, ayaqqabı, məktəb ləvazimatları almağa kömək etməlidir». Bunu isə qəzetə Uşaq Hüquqları üzrə QHT Alyansının rəhbəri Nabil Seyidov deyib.

Ekspert bildirib ki, bu problemlər özünü daha çox ölkənin regionlarında göstərir.

N.Seyidov hesab edir ki, məktəbə getməyən daha bir qrup «küçə uşaqları»dır. Onların da ölkə üzrə sayı təqribən 2-5 min nəfər arasında dəyişir.

Ekspert bura dilənçilik edən uşaqları da əlavə edir. O vurğulayıb ki, daha bir qrup əlilliyi olan uşaqlardır. Onun deməsinə görə, 63 min belə uşaqdan 10 min nəfəri təhsil ala bilmir. Səbəb də ölkədə inklüziv təhsil sisteminin aradan qalxmasıdır.

Bazar
Bazar

HƏR, HƏFTƏ, HƏR GÜN, HƏR SAAT DƏYİŞƏN QİYMƏTLƏR...

«Novoye Vremya» qəzetində isə «Ərzağın qiyməti əhəmiyyətli dərəcədə artır» sərlövhəli yazı diqqət çəkir.

Yazıda bildirilir ki, ölkədə hər həftə, hər gün, bəzən hər saat qiymət artımı ilə qarşılaşmaq mümkündür. Müəllifə görə, pulqabı artıq daha tez boşalır, inflyasiya isə kağız üzərində dəyişmir.

Yazıda rəsmi statistik rəqəmlərə açıq inamsızlıq ifadə edilir:

«İnflyasiya məsələsinə baxaq. Kağızda hər şey yaxşı görünür. Amma həyat statistika deyil».

Yazıda bildirilir ki, mağazalardakı qiymətlər rəsmi statistika ilə heç də üst-üstə düşmür:

«Məsələn, son ayda ət, yumurta, süd məhsulları bahalaşıb. İdxal məhsullarının, xüsusən xaricdən gələn yağların qiymətləri daha çox bahalaşır. Bir həftə öncə10 manata olan yağ indi 14 manata satılır. Son günlər bahalaşma daha kəskin hiss edilir».

Yazıda bildirilir ki, ekspertlər bu bahalaşmanı, əsasən, mövsümi amillərlə izah edirlər. Üstəlik, xaricdə də ərzağın qiyməti bahalaşır.

Müəllif vurğulayır ki, ölkədə ətin qiymətinin bahalaşması isə heyvandarlığa aid örüş yerlərinin əkin yeri kimi ayrılmasıdır.

«Qida məhsullarının bahalaşmasının daha bir səbəbi manatın gələcəkdə ucuzlaşa bilməsi ehtimalıdır. Üstəlik, bu ilin yayında benzinin bahalaşması da qiymət bahalığına təsir göstərir». Bunu isə ekspert Vahid Məhərrəmli qəzetə bildirib.

Kataloniyada polislə toqquşmalarda onlarla yaralı var
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

QƏRBİN «DEMOKRATİYA» İLƏ MÜBARİZƏSİ?

«Azərbaycan» qəzetində «İkili standartlar siyasəti Qərbin özünü də separatizmə sürükləyir» sərlövhəli yazı yer alıb.

Müəllif yazır ki, Qərb ölkələri separatizmə laqeyd münasibət bəsləyir. Onun fikrincə, Dağlıq Qarabağda separatçı rejimin yaranması da bunun nəticəsidir:

«Bütün Qərb və Avropa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, Dağlıq Qarabağdakı separatçı rejimə son qoyulmasına, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına laqeyd yanaşır. İkili standartlardan çıxış edir».

Müəllifə görə, bu «ikili standart» indi Avropanın öz başında çatlayır. Yazıda İspaniyanın Kataloniya bölgəsində keçirilən referendum buna nümunə kimi göstərilir.

Müəllif hesab edir ki, ayrı-ayrı Qərb ölkələrində, o cümlədən ABŞ-da separatçı hərəkatlar artıb.

Yazıda vurğulanır ki, baş verənlər dünyada separatizmə vahid münasibət formalaşdırmağı gündəmə gətirir. Müəllifin fikrincə, Qərbin aparıcı ölkələri «ikili standart» siyasətinə son qoymalı, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, bütün separatçı rejimlərlə eyni gözlə baxmalıdır.

Yazıda bildirilir ki, dünya birliyini təhdid edən yeni münaqişə ocaqlarının yaranmasının qarşısını almağın yeganə yolu dövlətlərin ərazi bütövlüyünün qeyd-şərtsiz dəstəklənməsidir.

Müəllif daha bir «ikili standart»ı Kataloniyada aksiyaların dağıdılmasına münasibətdə görür. Yazıda vurğulanır ki, Kataloniyada baş verənlər başqa bir ölkədə olsaydı, «Avropa dəyərləri», demokratiya, liberal hüquqlar yada düşərdi:

«Avropada məhəl qoyulmayan «dəyərlər» Azərbaycan kimi demokratiya yolu ilə inkişaf edən dövlətlərə qarşı çirkin siyasi kampaniya aparmaq üçün istifadə edilir».

XS
SM
MD
LG