Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:14

ABŞ Pakistanla 'bir daha' işləməyə çalışacaq


Jim Mattis

ABŞ-ın müdafiə naziri Jim Mattis deyir ki, Birləşmiş Ştatlar Pakistanla «bir daha» işləməyə çalışacaq, bundan sonra İslamabadın Əfqanıstandakı yaraqlı qruplara iddia olunan dəstəyinə görə əlavə tədbirlər barədə düşünmək olar.

Mattis oktyabrın 3-də Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsindəki dinləmədə çıxış edib.

«Biz bir daha pakistanlılar vasitəsiylə bu strategiyanın onlarla işləməsini sınaqdan keçirməliyik. Cəhdlərimiz alınmasa, prezident Donald Trump gərəkən addımları atmağa hazırdır», – o deyib.

Müdafiə naziri tezliklə İslamabada səfər edəcəyini də dilə gətirib, ancaq detalları açıqlamayıb.

Trump avqustda administrasiyanın Əfqanıstanla bağlı yeni strategiyasını açıqlayanda deyirdi ki, Birləşmiş Ştatlar İslamabada əlavə təzyiq göstərəcək, sərhədləri boyunca ekstremistlərin təhlükəsizlik sığınacaqlarıyla bağlı tədbirlər görməsini istəyəcək. Ancaq Trump atıla biləcək addımları açıqlamamışdı.

Xəbər agentliklərinin yazdığına görə, müzakirə olunan tədbirlər sırasında Pakistanın böyük qeyri-NATO müttəfiqi kimi statusunun salınması var. Dinləmədə Mattis-dən soruşublar ki, bu variant müzakirə olunurmu. O, «Əminəm ki, bu olacaq» cavabını verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG